Məscididə Sübh azanı təqvimdə yazılan vaxtdan gec verilirsə yaxınlıqda yaşayan orucu necə tutmalıdır?

    08.01.2026
Sual: 
Salam aleykum. Bir neçə sualım var idi. Xahiş edirəm cavablandırardız. 1. Mən bəzən namaz vaxtının girməsini dəqiqləşdirmək üçün Əbu bəkr məscidinin saytına, zikr.az, İslam evi saytı və beyt proqramına baxıram. Bu 4 mənbədə hərəsində ola bilir ki, dəqiqələrdə fərq olur. Məsələn biri göstərir ki, məğrib namazı 17:20 də girir, digəri göstərir ki, 17:21. Belə olduğu halda orucu ən gec göstərən dəqiqəyə görə açmaq lazımdır? 2. Zikr.az, beyt və islamevi saytında fəcr namazı 06:24 girir. Əbu bəkr-də 06:21 qoyulub. Hansı doğrudur? (Sahur üçün) 3. Əbu bəkr məscidi yanında yaşayan biri fəcri təqvimə görə qılıb, ancaq azan bir neçə dəq sonra oxunub. Namazı sayılır? Yoxsa həmişə azanı gözləsin?
Cavab: 

Və aleykum Salam. Sübh və Məğrib namazlarının vaxtlarını müəyyən etmək üçün təqvimə əsaslanmaq lazımdır. Məscidlər Sübh namazını hənəfi məzhəbinə uyğun verdikləri üçün təqvimdə qeyd olunan vaxtdan gec qılırlar. Odur ki Sübh azanı təqvimdə yazılandan gec verilir. Həmçinin Məğrib namazı da təqvimdə yazılandan gec verilir. Odur ki siz hər iki namaz üçün təqvimə əsaslanın. Təqvimlər arasında dəqiqə fərqinə gəlincə bunda bir qəbahət yoxdur. Ehtiyat üçün Sübh namazında ən tez, Məğrib namazında isə ən gec vaxta əsaslanın. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: