Namazın vaxtı giribsə, məsciddəki azanı gözləmək lazımdırmı?

    25.02.2015
Sual: 
salam aleykum.Allah sizlerden razı olsun.bele bir sualım var.burda saytda ve başqa namaz teqvimlerinde namaz vaxtlari demek olarki eyni vaxtdadi.ancaq bize yaxin olan mescidde seher namazını teqvimden texminen 15 deq sonra ezanı oxunur.günorta namazı ise düz gelir.ezanı gözlemeden teqvime esasen qıla bileremmi.ancaq çox uzaqdaki mescidin ezan seside tez esidilir.çox yanınımızda olan mescidin ezan sesi daha aydın esidildiyi üçün men ezanı gözlemeli oluram.cavablandırdıgınız üçün çox sag olun.
Cavab: 

Aleykum salam. Kişilərin məscidə gedib camaatla namaz qılması daha çox savabdır. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Camaatla qılınan namaz tək qılınan namazdan iyirmi yeddi dərəcə daha fəzilət­li­dir". (Muslim, 1509).
"Münafiqlərə ən ağır gələn namaz işa ilə sübh namazını camaatla qılmaqdır. Bunlardakı əcri bilən sürünərək də olsa, camaata gedər". (əl-Buxari).
"Kim azanı eşidib, üzrlü olmadan camaat namazına gəlməzsə onun namazı naqis olar!" (İbn Məcəh).

Namazın vaxtı giribsə, məsciddəki azanı gözləmədən də qılmaq olar.

Teqlər: 
Paylaş: