Yuxuda Ramazan orucunu görmək və bu ayda heyz olan qadının qəzaları tutması haqda
Sual:
As salamun aleykum ve rehmetullahi ve bereketuhu.Men yuxuda Ramazan ayinin girdiyini ve sehur etmeden oruc tutduqumu gormushem.Bunun gozel mena verdiyini dushunurem.Ramazan ayi 28-i girecek?yoxsa 29-u?Bu ayda heyz muddetinde tutmadiqim orucu,bashqa gunlerede tutmaliyammi?Allah sizden razi olsun.
Cavab:
Aleykum salam. Bu ilki fətvaya əsasən Ramazan ayı miladi təqvimlə İyun ayının 29-u başlayır. Səhur yeməyinə durmanız daha yaxşıdır, çünki Allah Rəsulu (salallahu aleyhi və səlləm) buyurmuşdur: "Səhur edin, həqiqətən səhur etməkdə bərəkət vardır" (Buxari, Muslim)
Abdullah ibn Amr (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir. "Heç olmasa bir qurtum su ilə səhur edin"
Ramazanda oruc tuta bilməyən xəstə və ya səfərdə olanlar buraxdıqları günlərin oruclarını sonradan tutmalıdırlar. Uca Allah buyurur: “Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdır”. (əl-Bəqərə, 185)