Mənə sehr tez təsir edirsə nə edə bilərəm?

    07.02.2026
Sual: 
Salam Aleykum,menim sualim belediki,mene maraqlidiki niye sehr mene bu qeder tesir edir?yeniki bele basa salim:hetda basqasina olunan sehr ona yox mene tesir etdi meni tutmusdu cox amma hemin adama hecne olmadi,menim imanimda peoblem var?ve yaxud dini yasantimda?
Cavab: 

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, sehr Allahın izni olmadan heç kimə təsir etməz. Uca Allah buyurur: "Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər" (əl-Bəqərə, 102). Uca Allah sehrdən qorunmaq üçün müəyyən səbəblər və vasitələr qoymuşdur. Sehrdən qorunmaq istəyən kəs bu səbəbləri etməldir. Bu səbəblər aşağıdakılardır:

  • səhər-axşam zikrlərini etmək,
  • Ayətəl-Kürsü, əl-İxlas, əl-Fələq və ən-Nəs surələrini davamlı oxumaq,
  • namazda və zikrdə davamlı olmaq. 
Həmçinin sehr qorxu, vəsvəsə və psixoloji zəif nöqtələrdən təsir edə bilir. Bəzən insan çox düşünür və onda "mənə nəsə olacaq" qorxusu olur, şeytan da bunu fürsət bilir və ona təsir edir. Odur ki bu barədə düşünməyin və sehrdən qorunmaq üçün səbəbləri davamlı yerinə yetirin. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: