Hər cümə günü Peyğəmbərə 80 dəfə salavat gətirənin günahları azalırmı?
Aleykum salam. Avs ibn Avs (Allah ondan razı olsun) peyğəmbərin (salləllahu aleyhi və alə əlihi səlləm) belə buyurduğunu rəvayət edib: "Günlərinizin ən fəzilətlisi Cümə günüdür. Adəm o gün yaradıldı, o gün vəfat etdi, Sura da o gün üfürüləcək, məxluqat o gün öləcək. Cümə günü mənə çox salavat gətirin, çünki sizin salavatınız mənə ərz olunur". Elə bu an deyildi ki, bəs sənin bədənin çürüdüyü halda, sənə nə cür ərz olunacaq? Peyğəmbər (salləllahu aleyhi və alə əlihi səlləm): "Əziz və cəlil olan Allah peyğəmbərlərin cəsədlərini torpağa haram qılıb" - dedi. (Əbu Davud "Cumə", 1047).
Amma hədisdə cümə günündə salavatın konkret sayı göstərilməyib. Peyğəmbərimiz (salləllahu aleyhi və alə əlihi səlləm) həmçinin buyurub: "Kim səhər on dəfə, axşam da on dəfə mənə salavat gətirərsə, (Allahım! Peyğəmbərimiz Muhəmmədə salavat və salam yetir!) Qiyamət günü şəfaətim ona çatar". (Məcməuz-Zəvaid", 10/120; "Səhihut-Tərğib vət-Tərhib", 1/273). Daha ətraflı:
Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat gətirməyin fəziləti