Başıma gələn müsibətlər duanı tərk etdiyimə görə ola bilərmi?

    08.04.2026
Kimdən: 
.
Sual: 
Salam halal sevgiye dua edib qovuşmağ istemeyim Allahla danışıb demişdim hemişe senen istiyecem əyər xeyirsizde olsa senin gücün yetir onu xeyirli edib bizi qovuşdurmağa çox qərarslz qalmışam ayırılmışığ onu gözlemeyden yorulmuşam sebrim çatmır dözə bilərəm ama əvvəl ki kimi istek yoxdu Allaha xatir qorxuram ki duamnan vaz keçərəm Allahım gücü çatmır kimi cavab olar bu belə deyil Allahımın hər şeyə gücü çatır sadəcə qorxuram günah edərəm deyə nə vaxt vaz keçirəm duamnan başıma pis işlər gəlir xaiş edirəm bildiyiniz doğru islama uyğun fikir bildirerdiz çox çarəsiz qalmışam duamnan vaz keçenen sonra mene gelen çetinlikler sıxıntılar anında duamnan vaz keçdim deye oldu bunlar
Cavab: 

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, Uca Allah hər şeyə qadirdir və Onun gücü çatmayan heç bir iş yoxdur. Əksinə belə düşünmək insanı küfrə salır. Dua edib Uca Allahdan sevdiyinə qovuşma istəmək icazəlidir, lakin nəticə yalnız Allahın hikməti ilə olur. Bəzən insan dua edib Allahdan istədiyini əldə etmir, çünki Allah onun üçün daha xeyirli olanı seçir. Uca Allah bu xüsusda buyurur: "Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz". (əl-Bəqərə, 216). Dua hər bir halda cavabsəz qalmır. Dua qəbul olunmadı kimi görünsə də, ya gecikdirilir, ya başqa bir xeyirlə əvəz edilir. Yaşadığınız yorğunluq və qərarsızlıq insan təbiətində olan bir haldır. Duadan vaz keçmək, Allaha yönəlməkdən uzaqlaşmaq doğru deyil. Həmçinin Başına gələn çətinlikləri "duanı tərk etdiyimə görə oldu" deyə düşünmək də düzgün düşüncə deyil. İnsanın başına gələn çətinliklər bir imtahandır və bəzən Uca Allah insanı bununla Özünə daha da yaxınlaşdırmaq istəyir. Ən doğru yol budur ki, Uca Allaha dua edərək "Allahım! Əgər bu mənim üçün xeyirlidirsə, onu mənə nəsib et!" deyə dua edəsən. Odur ki Allaha dua etməkdən usanmayın və işlərinizi Allahın hökmünə təslim edin, çünki O, sizin istədiyinizdən daha yaxşısını bilir. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: