Səfərdə olarkən qibləni necə təyin etmək və digər suallar

    28.06.2014
Kimdən: 
Cavid
Sual: 
1-Seferde olarken qibleni nece teyin etmek olar? Qibleni tapa bilmesem hansi istiqamere uz tutaraq namaz qılım? 2-Daş, mermer, ot, qum uzerinde namaz qilmaq olar? 3-Evde xalca varsa onun uzerine cennamaz serib namaz qilmaliyam yoxsa xalça üzerinde? Çox sağolun, Allah ķömeyimiz olsun!
Cavab: 

Aleykum salam. Qiblə Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərinin istiqamətidir. Qibləni düzgün təyin etmək üçün kompasdan istifadə etmək daha yaxşıdır. Əgər Azərbaycanda olsanız, sol çiyniniz gün çıxan tərəfə (şərqə), sağ çiyniniz isə gün batan tərəfə (qərbə) doğru durun. Bu zaman üzünüzü cənuba tutmuş olacaqsınız. Sonra azca sağa dönsəniz qibləyə yönəlmiş olacaqsınız.
Peyğəmbər (salləllahu aleyhi və səlləm) harada olursa-olsun, (təbii ki, natəmiz yerlər istisnadır) istər evdə, istər çöldə, istərsə də məsciddə, namazın vaxtı girən kimi qılmağı sevərdi. O belə buyurmuşdur: "...Bütün yer üzü mənə səcdəgah və pak edildi. Ümmətimdən olan hər kəs harada namaza yetişərsə, orada qılsın...". (əl-Buxari "Namaz", 427; Muslim "Məscidlər və namaz qılınan yerlər" 521; ən-Nəsai "Qüsl və təyəmmüm" 432; İmam Əhməd, 3/304; əd-Darimi "Namaz", 1389). 
Digər bir hədisdə isə bildirilir ki; "Peyğəmbər (sallallahu aleyhi və səlləm) həsir cənamaza səcdə edərdi". (əl-Buxari).
Bu hədislərə əsasən alimlər bildirmişdirlər ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) örtüyün, həsirin, torpağın, qumun və s. təmiz olan şeylərin üzərində namaz qılmışdır. Əsas məsələ odur ki, səcdə olunan yer nəcis kimi murdar şeylərdə bulaşmış olmasın. 
Xalçanın üzərinə ayrıca cənamaz qoymadan da namaz qıla bilərsiniz.

Teqlər: 
Paylaş: