Kafirlər sorurşurlar ki, əgər hər şeyi Allah yaradıbsa, bəs Allahı kim yaradıb?
Aleykum salam. Kafirlərin verdiyi bu sual məntiqsiz və özü-özünə zidd olan bir sualdır. Yaradan odur ki, Onu heç kim yaratmayıb, həmişə mövcud olub, hər kəsi o yaradıb. Verilən sual isə məntiqi cəhətdən "Yaradan" kəliməsinə ziddir. Əgər biz - arqument naminə - Allahı kimsə yaradıb deyə söyləsəydik, o zaman onlar sizdən soruşacaqdılar ki, yaxşı bəs yaradanın yaradanını kim yaradıb? Bu halda, onların məntiqi ilə belə bir silsilə yaranır: yaradanın yaradanının yaradanını kim yaratmışdır? Və ilə axır, sonsuza qədər. Bu isə mənasızdır.
Allahın Rəsulunun (salləllahu aleyhi və səlləm) belə dediyi rəvayət olunur: "Şeytan sizlərdən birinə gələrək belə söyləyəcək: "Səmanı kim yaratmışdır? Yeri kim yaratmışdır? Həmin kəs cavabında: "Allah" deyə söyləyəcək. Daha sonra O söyləyəcək: yaxşı bəs Allahı kim yaratmışdır? Kim buna bənzər bir şey ilə rastlaşsa, onda bu cür söyləsin: "Əməntu billəəhi va Rusulihi (Allaha və Onun Rəsullarına iman etdim)".
Uca Allah Özü haqqında buyurur: "Onun (Allahın) mislində heç bir şey yoxdur" (əş-Şura, 11). Başqa bir ayədə isə belə buyurur: "Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir" (əl-Hədid, 3). Təfsir alimi əs-Saadi bu ayənin təfsirində belə deyir:
"Yəni Allah - Əvvəldir, Ona qədər heç bir şey mövcud deyildi, Axırdır - Ondan sonra heç nə olmayacaq, Zahirdir - Ondan üstün heç nə yoxdur, Batindir - elmi ilə hər şeyi əhatə etmişdir, yaratdıqlarından xəbərdardır. O, aşkarda və gizlində, keçmişdə və gələcəkdə olan hər şeydən xəbərdardır". Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsu) öz dualarında bu adların izahını verərək belə demişdir: "Allahım! Yeddi qat səmanın Rəbbi, böyük Ərşin Rəbbi, bizim Rəbbimiz və hər bir şeyin Rəbbi! Toxumu və çəyirdəyi cücərdib çatladan, Tövratı, İncili və Furqanı (Quranı) nazil edən! Kəkilindən tutduğun (idarə etdiyin) hər bir şeyin şərindən Sənə sığınıram. Allahım! Sən Əvvəlsən, Səndən əvvəl heç nə yoxdur. Sən Axırsan, Səndən sonra heç nə yoxdur. Sən Zahirsən, Səndən üstün heç nə yoxdur. Sən Batinsən, Səndən daha yaxın heç nə yoxdur! Borcumuzu ödə, bizi yoxsulluqdan qurtar!" (Muslim 4/2084).
Həmçinin oxuyun: Allahın "əl-Həyy" və "əl-Qayyum" adlarının mənası