Allahın "əl-Həyy" və "əl-Qayyum" adlarının mənası

    08.08.2014

Uca Allahın əl-Həyy adı Qurani-Kərimdə dörd dəfə, əl-Qəyyum adı isə üç dəfə zikr edilir. Uca Allah buyurur: “Allah, Ondan başqa ibadə layiq olan məbud yoxdur, ədi Yaşayandır (əl-Həyy), bütün yaratdıqlarının Qəyyumudur (əl-Qayyum) (əl-Bəqərə, 255). 
əl-Həyy kamil həyata sahib olandır. O, əzəli və əbədi olan, həmişə var olub əbədi Yaşayandır. Ondan başqa hər kəs ölümə məhkumdur. Uca Allah buyurur:
“Ölməz, əbədi Yaşayana (əl-Həyy) təvəkkül et və Onu həmd-səna ilə təriflə. Onun Öz qularının günahlarından agah olması kifayətdir” (əl-Furqan, 58).
əl-Qayyum olan Allah həm Özünə, həm də bütün yaratdıqlarına qəyyumluq edəndir. Bütün məxluqlar Ona möhtacdır, O isə heç kəsə möhtac deyildir.
əl-Həyy və əl-Qayyum Uca Allahın əzəmətli adlarıdır. Bu adlarla Allaha dua edənin duası qəbul olunur. Rəvayət edilir ki, Ənəs ibn Məlik demişdir: “Bir gün Allah Elçisi - sallallahu aleyhi və səlləm - ilə oturduğum zaman bir kişi namaz qılarkən rukuda, səcdədə və təşəhhüddə belə dua etdi: “Allahım, Sənə yalvarıram, həmd Sənə məxsusdur, Səndən başqa həqiqi tanrı yoxdur, Sən lütfkar olan, göyləri və yeri icad edənsən! Ey ucalıq və kəramət Sahibi, ey əbədi Yaşayan (əl-Həyy), ey Qəyyum olan (əl-Qayyum), Sənə yalvarıram!”. (Bu sözləri eşitdikdə) Peyğəmbər səhabə­lərinə buyurdu: “Onun necə dua etdiyini bilirsinizmi?” Dedilər: “Allah və Onun Elçisi daha yaxşı bilir!” Peyğəmbər buyurdu: “Nəfsim əlində olan Allaha and olsun ki, o, Allahın elə bir əzəmətli adı ilə dua etdi ki, həmin adla dua etdikdə dua qəbul olunar və həmin adla istədikdə dilək yerinə yetirilər”. (ən-Nəsəi, 1300).

Paylaş: