Birinə məsləhət vermək savabdırmı və ibadət zamanı gələn vəsvəsələrlə necə mübarizə aparmaq olar?

    09.04.2026
Sual: 
Əssalamu Aleykum və Rəhmətullahi və Bərakatu əlhəmdulillah. Birinə məsləhət vermək dini tərəfdən gözəl bir şeydir?Amma gözəl məsləhət vermək. Birdə quran oxuyarkən şeytan vəsvəsə verir hətta dua edərkən də vəsvəsə verir. Bunun üçün nə etməli.
Cavab: 

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Bəli, dinimizdə gözəl və hikmətli şəkildə məsləhət vermək savab və bəyənilən bir əməldir. Bir insanı islah etmək, səhvlərini düzəltmək məqsədilə, təklikdə, insanların içində eyiblərini açmadan ona nəsihət etmək və məsləhət etmək icazəlidir. Xüsusilə də əgər bu, məsləhəti qəbul edən insandırsa və bu onun özünü düzəltməsinə səbəb olacaqsa, bunu etmək bəyənilir. Bir insanın öz müsəlman qardaşına (və ya bacısına) nəsihət etməsi onun üzərində vacib olan haqdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Müsəlmanın müsəlman üzərində altı haqqı vardır". Səha­bələr: “Ey Allahın Elçisi, onlar hansılardır?”- deyə soruşdular. O buyur­­du: “Səninlə qarşılaşdıqda ona salam ver, səni (qonaq) çağırdıqda onun də­və­tini qəbul et, səndən öyüd-nəsihət istədikdə ona nəsihət ver, asqırıb “Əl­həm­dulilləh”- dedikdə, ona “Yərhəmukəllah!” (Allah sənə rəhm etsin!) - de, xəstələn­dik­də onu ziyarət et və öldükdə onun cənazəsini müşayiət et”. (Muslim, 4023). Həmçinin oxuyun: 

Din nəsihətdir!


Quran oxuyarkən və ya dua edərkən gələn vəsvəsələr isə şeytandandır və bu, bir çox insanın qarşılaşdığı haldır. Belə olduqda Allaha sığınmaq, diqqəti toplamaq və ibadəti davam etdirmək lazımdır. Bu vəsvəsələrə fikir verməmək və onları böyütməmək lazımdır. Həmçinin oxuyun: 

Şeytanın vəsvəsələrindən necə xilas olmaq olar?

İstəmədən din barədə ağlıma gələn pis fikirlərə görə günah qazanırammı?

Paylaş: