Orucu pozduqda kəffarə necə verilir: gecikdirmək olar, bir fəqirə vermək yetərlidirmi və miqdarı nə qədərdir?

    05.04.2026
Kimdən: 
Əli
Sual: 
Əssəlamun Aliykum bildirimki 15 Yaşlı gəncəm 1) 2 dəfə orucu pozmuşam və kəffarə verməyə imkanım yoxdur bu mənim boynumda qalır böyüyəndə verə bilərəm? 2) kaffarə verərkən 2 kəffarəm olduğu üçün 120 ya oruc yada 120 fəqiri yedirtmək mən 1 fəqirə 120 fəqrin yeməyini yedirdə bilərəmmi? Çünki kasıb tapmax (Allah kasıbların ruzisini bərəkətini artırsın və versin) çətindir. 3) hər gün yəni 120 gün 1 gün 1 fəqiri yetirmək sabax 1 belə-belə gedir yoxsa 1 gündə 120-sinidə yedirtmək caizdir? 4) 1 fəqirə nə qədər yemək verməliyik?
Cavab: 

Və aleykum Salam. 

1) Ramazanda orucunu bilərəkdən, səbəbsiz yerə pozan şəxs əvvəlcə tövbə etməli, sonra isə bu günlərin sayı qədər digər günlərdə qəza etməlidir. Kəffarə yalnız orucunu cinsi əlaqə ilə pozan və oruc tutmağa qadir olmayan şəxslərə aiddir. Suala əsasən siz iki gün qəza orucu tutmalısınız. Sizə kəffarə vermək düşmür. Həmçinin oxuyun:

Qəza orucuna görə kasıb yedirtmək lazımdırmı?


2) Bəli, bir fəqirə 120 nəfərin payını vermək icazılidir. Ətraflı oxuyun:

Ramazanda oruc tuta bilmədiyim günlərə görə kəffarə verə bilərəmmi?


3) Həm 120 nəfəri bir gündə yedirtmək, həm də günlərə bölərək etmək icazəlidir.


4) Bir kasıba bir nəfərin normal doyacağı qədər yemək və ya hər günə görə təqribən bir kilo yarım quru qida məhsulları (un, düyü, qarabaşaq, un məmulatları, mərcimək və s.) verməlidir. Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: