Ramazan ayı iyirmi doqquz gün ola bilərmi?
Sual:
Salam,mən fevralın 19u oruca başlamışam.deyirlər martın 20si bayram namazıdır və 20si oruc tutulmur.hesablıyıram 29 gün edir ay tamamlanmır.
Cavab:
Va aleykum Salam. Azərbaycanda Ramazan ayı fevral ayının 19-cu başladı. Mart ayının 20-si Ramazan bayramı elan olundu. Hicri təqviminə əsasən ay 29 və ya 30 gün ola bilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Ay iyirmi doqquz gecədir. Odur ki, hilalı görüncəyədək oruc tutmayın. Göy üzü buludlu olduğundan hilalı görməsəniz, (şaban ayındakı) günlərin sayını otuza çatdırın". (əl-Buxari, 1907). Bu hədisdən aydın olur ki, Ramazandan əvvəl gələn Şaban ayının 29-u hilalı (ayı) görmək mümkün olmasa, onda həmin ayı 30 günə tamamlayıb ertəsi gün oruc tutmağa başlanılmalıdır. Həmçinin, bu üsulla Ramazan ayının sonu təyin edilir. Ətraflı oxuyun: