Sünnəyə sarıldığım üçün insanların təzyiqi və qınağına necə dözüm və sabit qala bilim?
Sual:
Salam aleykum.Bezen insanlar terefinden cox teklenirem. En kicik bir bidet olmasin deye yasadigim ucun, sunneye sarildigim ucun. Meselen Novruz bayrami ve s. Kecirirler deye ovladimi o şenliklere gondermirem buna gore insanlardan cox tezyiq aliram. Herkesin qınaq obyektine cevrilirem. Bu qelbimi cox sixir, Sabitliyimi pozmasindan qorxuram.Etrafimda ozum kimi olan insanlar yoxdur, nesihet vere bilecek kimsem yoxdur, mene meslehet vererdiz zehmet olmasa. Allah razi olsun
Cavab:
Və aleykum Salam. Müsəlman Sünnəyə sarılmalı və bidətlərdən uzaq durmaqda səbirli olmalıdır, insanların qınağı isə onu bu yoldan döndərməməlidir. Uca Allah buyurur: “Elə isə insanlardan qorxmayın, Məndən qorxun!” (əl-Maidə, 44). Həmçinin buyurur: “Məgər onlardan qorxursunuz? Əgər möminsinizsə, daha çox Allahdan qorxmalısınız” (ət-Tövbə, 13).
Belə hallarda səbir etmək, Allahdan kömək istəmək tövsiyə olunur. Eyni zamanda, hikmətli davranmaq, ailə və cəmiyyətlə münasibətdə yumşaqlıq göstərmək lazımdır. Belə halda əməlisaleh insanlarla əlaqə qurmaq sabit qalmağa kömək edir. Həmçinin oxuyun: