Evli birinin yad qadınla gizli yazışmasını görsəm, onu ifşa etmədən necə davranmalıyam?
Sual:
Əs Sələmu Aleykum. Bir qardaşın evli olduğu halda basqa qadinla yazisdiginin sahidi oluram ve buna gore cox pis olur ve qezeblenirem. Kenardan gorduyum ucun 1-2 mesaji ona nesihetde ede bilmirem. Men ne ede bilerem? Desem qizla daniwirsan sen deyecek hardan bilirsen? Desem telefondan gormuwem fitne duwe biler. Ama her gorduyumde pis oluram ve qezeblenirem. Mene ne edeceyimi deyin zehmet olmasa
Cavab:
Və aleykum Salam. Bir insanı zinada, xəyanətdə ittiham etmək çox ağır bir məsələdir. Bu cür ittihamlar şəkk-şübhə ilə sübut olunmur. Xüsusilə də, ciddi əsaslar olmadan bir insanı xəyanətdə ittiham etmək böyük günahdır. Müsəlman qardaşının öz ailəsinə xəyanət etdiyini bilən müsəlman ona hikmətlə və gizli şəkildə nəsihət etməlidir. Əgər bu nəsihət fitnəyə və daha böyük zərərə səbəb olarsa, başqa bir yol axtarmalıdır. Məsələn, söhbəti ümumi şəkildə apararaq: "Bəzi müsəlman qardaşlar belə səhvlərə yol verirlər, diqqətli olmaq lazımdır" kimi ümumi ifadələrdən istifadə etməklə ona nəsihət etmək daha uyğundur. Həmçinin onun bu günahdan çəkinməsi üçün Allaha dua edin. Həmçinin oxuyun: