İctimai yerlərdə şirk əməl gördükdə nə etmək lazımdır?
Və aleykum Salam. Ağaclara və ya başqa şeylərə arzu üçün ip bağlamaq İslam dininə zidd olan batil bir əməldir. Bu əməlin hökmü insanın niyyətindən asılı bidət, kiçik şirk, hətta böyük şirk ola bilər. Əgər insan arzuları və istəkləri Uca Allahın yerinə yetirdiyini, lakin bu ağaclara ip bağlamağın arzunun geçəkləşçməsinə bir səbəb olduğuna etiqad edərsə, bu, bidət və şirkə aparan bir əməl olar. Çünki dinimiz bizə duaların qəbul olunmasının, arzu və istəklərin həyata keçməsinin bütün səbəblərini bildirmişdir. Bu səbəblər arasında yeni çiçək açmış ağaclara və ya digər əşyalara ip bağlamaq yoxdur. Bu barədə ətraflı oxuyun:
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Sizdən bir kimsə münkər (pis, günah) iş görərsə, bacarırsa onu əli ilə dəf etsin, onu bacarmazsa dili ilə, onu da bacarmazsa qəlbi ilə dəf etsin ki, bu da imanın ən əşağı – və ya ən zəif – dərəcəsidir". (Muslim, 49). İslam alimləri demişlər ki, qəlb ilə dəf etmək həmin günah olan yeri tərk etməkdir. Həmçinin oxuyun: