Qüsulda ağıza və buruna su almaq vacibdirmi və digər suallar

    28.06.2014
Sual: 
Salam Aleykum. Guslde agiza buruna su almaq sunnetdi ya ferz? Axsam zikrleri var olarin hamsini demek lazimdi yixsa bir ikisi kifayet eder? Nisanli kebini olan qadin evden cixarken evli qafinlar kimi yene nisablisina demelidi yoxsa evde ataya dese kifayet eder, yeni melekler lenet etmezler ki?
Cavab: 

Aleykum salam. 1) Qüsulda ağıza və buruna su almaq vacibdir.
2) Əgər bacarırsınızsa, yaxşı olar ki, hamısını deyəsiz. Yox əgər bacarmırsınızsa, onda gücünüz çatanı oxuyun.
3) Əgər arada kəbin varsa, artıq o sizin əriniz sayılır və onun sizin üzərinzdə ər haqları var. Qadının isə ərindən icazəsiz evdən çölə çıxması olmaz. Həmçinin nə qədər ki, toy olmayıb və hələ ki, siz ata evindəsiniz, yaxşı olar ki, əriniz ilə yanaşı bir hörmət əlmaəti olaraq getdiyiniz yerə valideynlərinizdən də icazə alasınız.

Paylaş: