Ev yaxud maşın almaq niyyəti ilə yığılan pula zəkat düşürmü?
Sual:
Salam aleykum. Zəkat kimlərə fərzdir? Əgər ev yaxud maşın almaq niyyəti ilə pul yığıramsa, yığdığım o puldan zəkat verməliyəm? Əgər verməliyəmsə, zəhmət olmazsa, hesablamaqda yardımcı olardız. Aylıq yoxsa illik verilməlidir?
Cavab:
Və aleykum Salam. Zəkatın vacib olduğu kəslər barədə ətraflı bu linkdən oxuyun:
Ev və ya maşın almaq niyyəti ilə yığılan pul əgər nisaba (zəkatın vacib olması üçün toplanan və tələb olunan həddə) çatıbsa və üzərindən bir il keçibsə, bu pula zəkat çıxarılmalıdır. Zəkat barədə ətraflı oxuyun: