Allahın şəri və kövni ayələri hansılardır?
Sual:
Essalamu aleykum və rahmətullahi və bərakətuhu. Ewitdiyim qederi ile Quran ayeleri 2 yere bölünür. Şəri ve kaini bu haqqda məlumat vere bilersizmi?
Cavab:
Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Bəli, alimlər Quran ayələrini deyil, Allahın ayələrini iki qismə bölmüşlər: şəri ayələr və kövni ayələr. Şəri ayələr vəhydir. Quran ayələri və Allahın din, əmr və qadağalarıdır; insanlar bunlarla hidayət olunur. Kövni ayələr isə göylərin, yerin, insanın yaradılışı, gecə-gündüzün bir-birini əvəz etməsi kimi Allahın qüdrətini göstərən yaradılış nişanələridir. Quran hər iki ayə növü üzərində düşünməyə çağırır. Mömin həm Quranı oxuyaraq, həm də yaradılışa baxaraq Allahın böyüklüyünü tanıyır.