Bayram namazı vacibdirmi?

    19.05.2026
Kimdən: 
ƏLİ
Sual: 
Salam aleykum və rəhmətullahi və bərəkətuhu Bayram namazına getmək vacibdir mi???
Cavab: 

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Bayram namazının hökmü barədə alimlərin müxtəlif fikirləri var. Doğru olan rəyə görə bayram namazı vacibdir. Peyğəmbər ﷺ insanların bayram namazına çıxmasını əmr etmiş, hətta qadınların da çıxmasını buyurmuşdur. Ümmü Atiyyə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi ﷺ bizə Fitr (Ramazan) və Qurban bayramında gənc qızları, heyzli qadınları və evdən az çıxan bakirə qızları bayram namazına çıxarmağı əmr etdi. Heyzli qadınlar namaz yerindən uzaq durar, lakin müsəlmanların xeyir duasında və xeyir məclisində iştirak edərdilər". Mən dedim: "Ey Allahın Elçisi! Bəzilərimizin üst geyimi yoxdur". Peyğəmbər ﷺ buyurdu: "Qoy din bacısı ona öz üst geyimindən artıq olanı versin!" (əl-Buxari, 324; Muslim, 890). 

Alimlər demişlər ki, bu hədis bayram namazının əhəmiyyətini və onun vacibliyinə yaxın bir hökm daşıdığını göstərən ən güclü dəlillərdəndir. 

Teqlər: 
Paylaş: