Evimdə çox adam qaldığı üçün yoruluram, bu sıxıntının azalması üçün oxunacaq dua və ya zikr varmı?

    26.05.2026
Kimdən: 
Leyla
Sual: 
Salam menim evimde qaynimin ve balfizimin usaqlari qalir qaynanam qaynatam geidsli gelisli evdi kulfetli ozumunde 3 ovladim var men defelerle onlarla bununbagli sohbet etsemde xeyri yoxdu evlerine getmiller boyuk oglanlardi analari atalarida aparmir onlarada oz narazilgimi boldirmisem men yorulmusam artiq hansina zikir dua carmi men oxuyum mene deyibler ya maain zikri var o nu dualarla berabwr suya oxuyub icizdirirsen gunah sayilmir deyilir umumiyyetle sizin bildiyiniz dua varmi men edim Allah sesimi esitsin cox yorulmsam ecimde rahatcilqigim yoxdu ozumde hicabdayam
Cavab: 

Və aleykum Salam. Ailə içində sıxlıq, yorğunluq və məsuliyyətin çoxluğu insanı yora bilər, lakin bu kimi məsələlərdə ən gözəl yol səbir, gözəl üslub və hikmətlə danışmaqdır. Dinimizdə xüsusi olaraq "bu zikri oxu mütləq belə olacaq" şəklində sabit olmayan şeylərə etiqad etmək doğru deyildir. Lakin ümumi dualar, istiğfar və zikrlər insanın qəlbinə rahatlıq gətirər. Uca Allah buyurur: "O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!" (ər-Ra'd, 28). Həmçinin oxuyun:

Allahdan ailənizə düzən, evinizə və qəlbinizə rahatlıq verməsini dua edin, xüsusilə səcdədə və gecə namazlarında dua edin. Həmçinin yoldaşınızla sakit şəkildə ortaq bir həll tapmağa çalışın və məsələni böyüdüb ailənizə söz-söhbət salmayın.

Ailədə münaqişələrin yaranmaması üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: