İmtahandan əvvəl yayılan və imtahanda düşmə ehtimalı olan suallarla hazırlaşmaq aldatmaq sayılır?
Sual:
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurub: "Bizi aldadan bizdən (mənim ümmətimdən) deyil". (Səhih Muslim)
Bu hədisdə bizi aldadan yəni müsəlmanlar qəsd olunur?
İmtahan verdiyim yer islam ölkəsi deyil xaricidirlər və imtahanın qurucularıda.
İmtahandan əvvəl imtahan sualları paylaşılır üzərində cavablar ilə. Ama yenədə imtahanda bu saulları xatırlamaq üçün o suallar üzərində işləmək lazımdır. Çünkü cavabları dəyişədə bilirlər. Ama imtahana düşüb düşəcəyi dəqiq deyil. Bu suallarıa imtahanı keçəcəyimdə bəlli deyil. Sadəcə ehtimaldır. Bir çox tələbə sualları işlədir. Bu halda o suallara baxıb imtahana getmək olar?
Cavab:
Əssələmu aleykum.
1) Bəli, "Bizi aldadan bizdən deyil" hədisində "biz" deyildikdə "müsəlmanlar" nəzərdə tutulur.
2) Əgər bu suallar imtahan mərkəzi tərəfindən rəsmi şəkildə paylaşılırsa və istifadə olunmasına icazə verilirsə, onlara baxıb hazırlaşmaqda problem yoxdur. Çünki bu, artıq imtahana hazırlıq materialı hökmündədir və burada aldatma yoxdur. Həmçinin oxuyun: