Uşaq vaxtı seyyidin qəbrindən daş götürməyim indiki sıxıntılarıma səbəb ola bilərmi?
Və aleykum Salam. Seyyidlər Uca Allahın sevimli qulları olsa da, onların qəbirlərindən götürülən daşın hər hansı bir faydası və ya zərəri yoxdur. Ümumiyyətlə dinimizə görə qəbirdən daş götürmək doğru davranış deyil. Qəbiristanlıqlar hörmət edilən yerlərdir və insanın oradan xatirə, bərəkət və ya başqa məqsədlə torpaq, daş və əşyalar götürməsi dinimizdə qadağandır. Xüsusilə bəzi insanlar saleh şəxslərin qəbirlərindən əşya götürərək onda gizli bir bərəkət, qoruma və ya təsir olduğuna inanırlar ki, bu da insanı şirkə və bidətə apara bilər. Xeyir və zərər yalnız Allahın Əlindədir və heç bir daşın, qəbrin və ya əşyanın insanın taleyinə təsir gücü yoxdur. İnsanın başına gələn xeyir və ya çətinliklər Allahın qəzavü-qədəri ilə olur. Həyatda olan hər sıxıntını keçmişdə edilən müəyyən bir hadisəyə bağlamaq, xüsusilə də bir daş və ya əşya ilə əlaqələndirmək düzgün etiqad deyildir. Daşın, torpağın və ya başqa əşyaların öz-özünə insana zərər vermək gücü yoxdur. Həmçinin oxuyun: