Qurban kəsərkən bıçağa xüsusi dua oxumaq lazımdırmı?
Sual:
Salam, bizdə belə bir şey var ki, deyirlər gərək qurban kəsmək üçün bıçağa xüsusi bir dua oxumaq lazımdı, mən bilən ən əsası Bismillah Allahu Əkbər deməkdi, düzdürmü bunlar?
Cavab:
Va aleykum Salam. Qurban kəsərkən bıçağa xüsusi dua oxumaq barədə səhih sünnədə sabit bir hədis yoxdur. Sünnəyə uyğun olan, heyvanı kəsərkən “Bismilləh, Allahu Əkbər” deməkdir. Peyğəmbər ﷺ qurban kəsəndə Allahın adını çəkər və təkbir gətirərdi. Əlavə dualar etmək olar, lakin bu dualar bıçağa oxunmur. Bu barədə ətraflı oxuyun: