Qaş əkdirmək icazəlidir?
Sual:
Salam. Qaş əkdirmək icazəlidir?
Cavab:
Və aleykum Salam. Əgər qaşlarda xəstəlik və ya bədbəxt hadisə (yanğın və s.) səbəbindən qüsur və ya eyib olarsa, bu qüsuru aradan qaldırmaq məqsədilə təbii qaşlara uyğun şəkildə qaş əkdirmək icazəlidir. Əgər bu, sadəcə gözəlləşmək və daha yaraşıqlı görünmək məqsədi daşıyırsa, buna icazə verilmir. İstər ər üçün olsun, istərsə də başqası üçün, hökm eynidir. Çünki bu, zərurət olmadan Allahın yaratdığını dəyişdirmək sayılır və bu isə haramdır. Daha əvvəl də izah etmişdik ki, yalnız gözəllik və zahiri görünüşü yaxşılaşdırmaq məqsədilə edilən estetik əməliyyatlar şəriətə görə haramdır. Həmçinin oxuyun: