Aşbaz olduğum yeməkxanada kəsiminin halal olub-olmadığını bilmədiyim əti bişirmək günahdırmı?
Sual:
Salam Aleykum namaz qılıram və aşpaz işləyirəm işlədiyim yerdə ətin kəsimi halal olub olmadığını bilmədiyim üçün o ətdən yemirəm amma mənə maraqlıdir ki o əti mən bişirirəm və cammat yeyir, burda günaha girirəm yoxsa necə?
Cavab:
Və aleykum Salam. Əgər ətin haram yolla kəsildiyini qəti şəkildə bilmirsinizsə, sırf şübhəyə görə onun haram olduğuna hökm vermək düzgün deyil. Əsas olan budur ki, müsəlman qəti haram olduğunu bilmədiyi bir şeyə haram hökmü verməsin. Buna görə də haram olduğu qəti bilinməyən əti bişirməyinizi günah hesab etmək doğru deyil. Həmçinin oxuyun: