Fərz namazında salamlardan əvvəl səcdə edib övladımın şəfası üçün dua edə bilərəmmi?

    28.06.2026
Sual: 
Salamaleykum. Fərz namazda salamlardan əvvəl səcdə edib dua elədikdə Allah duanı qəbul Eliyir eşitmişəm, Övladımın sağalması üçün salamdan əvvəl dua eləmək istəyirəm. Olarmı belə? Allah sizdən razı Olsun. Çox sağ olun.
Cavab: 

Və aleykum Salam. Uca Allahdan diləyirik ki, övladınıza kamil şəfa versin və sizi səbir və əcr ilə mükafatlandırsın!

Namazda salamdan qabaq səcdə etməyə ehtiyac yoxdur. Sadəcə salamdan qabaq oturmuş vəziyyətdə dua etmək kifayətdir. Bir hədisdə rəvayət edilir ki, bir dəfə Peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun): "Ey Allahın Elçisi! Hansı dua daha çox qəbul olunur?" – deyə soruşuldu. O buyurdu: "Gecənin son üçdə birində edilən dua və fərz namazların sonunda edilən dua" (ət-Tirmizi, 3499; ən-Nəsəi "Sunən əl-Kubra", 9936). İslam alimləri hədisdə "fərz namazların sonunda edilən dua" deyildikdə salamdan əvvəl və ya salamdan sonra olan zikr və duaları əhatə etdiyini qeyd etmişlər. Həmçinin namaz əsnasında səcdədə edilən dualar da qəbuldur. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: "Bəndənin Rəbbinə ən yaxın olduğu halı onun səcdə vəziy­­yə­ti­dir. Odur ki, (səcdədə) duaları çoxaldın!" (Muslim, 482). Buna görə də övladınızın şəfası və digər ehtiyaclarınız üçün təşəhhüddən sonra, salamdan əvvəl və səcdələrdə dua etməyiniz sünnəyə uyğundur və qəbul olunmasına ümid edilən vaxtlardandır. Duaların qəbul olunmasının digər vaxtlarıda var. Bu barədə ətraflı oxuyun:

Teqlər: 
Paylaş: