Cümə günü WhatsApp statusumda insanları Peyğəmbərə ﷺ və Əhli-beytinə çoxlu salavat gətirməyə çağırmaq düzgündürmü?
Sual:
AsSalam Aleykum. Mən hər cümə Axşamı günü Whatsaap da status paylaşıram. ..(Cümə günü Peygəmbər və Onun Əhli beytinə Salavat deməyi çoxaldın. Allahummə salli alə Muhəmmədin və alə əli Muhəmməd)..
Bu duzgündür? Xahiş edirəm cavablandırasınız.
Cavab:
Və aleykum Salam. Dinimizdə həftənin bütün günlərində, xüsusilə də cümə günü və cümə gecəsi Peyğəmbərə ﷺ və onun Əhli-Beytinə çoxlu salavat gətirməyə təşviq olunmuşdur. Bu barədə ətraflı oxuyun:
Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat gətirməyin fəziləti
Buna görə də insanın özünün salavat gətirməsi və başqalarına da bunu xatırlatması xeyirli bir işdir. İnsanları xeyir əməllərə təşviq etmək niyyəti ilə status paylaşmaqda bir problem yoxdur.