"Məzlumun ahı ərşi titrədir" kimi ifadəni işlətmək doğrudurmu?
Sual:
Hər vaxtınız xeyir. Bizdə bilmirəm lakin türklərdə məsələn "mazlumların ahı arşı alayı titretiyor" ifadəsini və buna bənzər ifadələri işlətmək olar?
Cavab:
Əssələmu aleykum. "Məzlumun ahı ərşi titrədir" kimi ifadəni işlətmək doğru deyil. Çünki bunun nə Quranda, nə də səhih hədislərdə bir dəlili yoxdur. Məzlumun duasından qorxmaq isə səhih hədisdə sabitdir: Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Məzlumun duasından qorx. Həqiqətən onun duası ilə Rəbbi arasında heç bir maneə yoxdur". (Səhih Muslim, 19; Səhih əl-Buxari, 1395). Ona görə daha düzgün ifadə belədir: "Məzlumun duasından qorxmaq lazımdır, çünki Allah onun duasını eşidir və haqqını zay etməz". Həmçinin oxuyun: