Kiməsə salam vermək vacibdirmi?

    25.09.2026
Kimdən: 
ƏLİ
Sual: 
Salam Aleykum və rəhmətullahi və bərəkətuhu Kiməsə salam vermək vacibdirmi?
Cavab: 

Və aleykum Salam. Bir müsəlmana salam vermək vacib deyil, bəyənilən əməldir, lakin verilən salamı almaq vacibdir. Uca Allah buyurur: "Sizə salam verildiyi zaman onu daha gözəl şəkildə alın və ya (verilən salamı) olduğu kimi qaytarın! Həqiqətən, Allah hər şeyin hesabını çəkəndir” (ən-Nisa, 86). Peyğəmbər ﷺ salamı yaymağı təşviq etmiş və müsəlmanların bir-birinə salam verməsini İslamın gözəl əməllərindən olduğunu bildirmişdir. Həmçinin oxuyun:

Sizə salam olsun!

Teqlər: 
Paylaş: