Evlənən cütlüyün yalnız özlərinin iştirakı ilə kəsdikləri kəbin halal sayılırmı?
Sual:
Salam! Mene sizin meslehetiniz lazimdir eger bir insanla sadece duani ozun oxuyub kebini ozun yeni iki nefer kesibse bu dogrudanda kebin sayilirmi?
Cavab:
Aleykum salam. Qeyd etdiyiniz şəkildə kəbin kəsməyiniz düzgün sayılmır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyrub: "Vəlisiz və iki şahidsiz nigah yoxdur". (Əbu Davud "Nikah", 20; ət-Tirmizi "Nikah", 14; İbn Məcəh "Nikah", 15; İmam Əhməd "Musnəd", 6/66). Qızın vəlisi (atası, qardaşı, əmisi və s.), iki nəfər şahid olmalı, həmçinin qıza mehr verməlidir. Daha ətraflı bu məqaləni oxuyun: Nikah bağlamağın qaydaları