Heyz qurtarandan sonra kiçik qan ləkəsi gələrsə oruc və qüsul pozulurmu?

    30.06.2014
Kimdən: 
konul umid
Sual: 
Salam.sual ucun uzr isteyirem.amma ibadetim dogru olsun deye bu sualima cavab almaliyam.men 3gun normal aybasi oluram.3gunden sonra ise qan kesilir amma 1-2gun ara sira silinerken bulasir.amma aybasi olmadigini bilirem.bele halda orucum batil olarmi ve hemcinin qusl almaq gerekermi??? Bir de deyirler dirnaqdan kicikdise oruc batil olmaz.amma boyukdurse oruc batildi ve qusl lazimdi
Cavab: 

Aleykum salam. Xeyir, qeyd etdiyiniz vəzyiyyətdə nə oruc nə də qüsl pozulmur. Həmin qan ləkəsi dırnaqdan böyük olsa belə, orucu və qüslu pozmur. Orucu pozan amillərlə bağlı daha ətraflı "Ramazan orucu" məqaləsini oxuya bilərsiniz. Qadına qüsl etmək bu hallarda vacib olur: Qadın heyz və nifasdan qurtardıqdan sonra. Pollyusiya və cinsi əlaqədən sonra. İslam dinini qəbul etdikdə və ya (şirk və ya küfr etməklə) İslam dinindən çıxdıqdan sonra, yenidən bu dinə qayıtdıqda. Əks halda, ara-sıra gələn axıntı, (maye, ləkə) sadəcə dəstəmazı pozur. Belə vəziyyətdə hər namaz üçün dəstəmaz almağa ehtiyac olur. Əgər maye daimi olaraq gəlirsə və kəsilmirsə, bu halda o insan üzrlü sayılır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə insanlara hər namazın vaxtı girdikdə dəstəmaz alıb həmin axıntıya fikir vermədən fərz, nafilə namazlarını qılmağa və digər ibadət növlərini yerinə yetirməyə icazə vermişdir.

Paylaş: