Övladın olması üçün tez-tez dua etmək və süni mayalanma etmək günahdırmı?

    30.06.2014
Kimdən: 
konul umid
Sual: 
Salam.2ildi aile qurmusam amma ovlad sahibi ola bilmirem..ozum elhemdulillah bacardigim qeder ibadetlerimi heyata kecirirem.her namazdan sonra Allaha cox dua edirem mene bir ovlad versin deye..Dualarim cox olur amma.ele butungunu yadima ovlad meselesi dusen kimi Allaha yalvariram.Yoldasim deyir sen duz etmirsen.Allah her seyi ozu bilir ne zaman verecek.buna gore bu qeder ozunu helak etme.Menim sualim:men duz edirem?? Allahin isine qarismaq sayilarmi menim isim? 2-eger ovlad sahibi olabilmiremse mudaxile ile (suni mayalanma kimi) hamile qalmagim gunah ve ya Allaha qarismaq sayilar?
Cavab: 

Aleykum salam. Tez-tez dua etmək Uca Allahın işinə qarışmaq və ya günah sayılmır. Sadəcə, duanın cavabı verilmədikdə, Uca Allaha asi olmamalısınız, səbr və şükrlə, Allaha təvəkkül edərək, yalvararaq qorxu və ümid ilə dualarınıza davam etməlisiniz: "​Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!" (əl-Əraf, 55).
"Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma". (əl-Əraf, 205).

Həmçinin bu məsələyə həyatınızın ən vacib məsələsi kimi baxmaq lazım deyil, çünki dua həyata keçmədikdə məyusluq yaranarsa bu, şeytanın vəsvəsələrinə qapı açır. Hər bir müsəlmanın əsas məqsədi Allahın təqdiri ilə razılaşıb, onun əmr və qadağalarına riayət edərək Cənnəti qazanmaq olmalıdır. Uca Allah buyurur: "Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız!" (əl-Zuxruf, 71).
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə demişdir: "Mömin cənnətdə uşaq istəsə; hamilə qalması, doğulması, arzu olunan yaş dövrünə çatması bir anda baş verəcək". (ət-Tirmizi). Həmçinin oxuyun:
Övlad duası olurmu?
Süni mayalanma etmək olarmı?

Teqlər: 
Paylaş: