Təravih namazı necə qılınır?

    01.07.2014
Sual: 
Salam aleykum. Teravih namazi nece qilinir? Teravih namazini evde qilmaq olarmi? Teravih namazini qilmasaq olarmi? ALLAH razi olsun.
Cavab: 

Aleykum salam. "Təravih"- istirahət, dincəlmə deməkir. (əl-Mu'cəmul-Vasit səh: 380).
Müsəlmanlar tə­ra­vih namazında hər dörd rükətdən sonra dincəldiklərinə gö­rə belə adlanmışdır. Aişədən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Pey­ğəmbər
 (sallallahu aleyhi və səlləm) də belə edərmiş. (əl-Buxari, 1147; "əş-Şərhul-Mumti alə Zadul-Mustaqnəi", 4/13).
Təravih və təhəccüd (və ya gecə) namazları eyni namazlardır. Ramazan ayında buna Təravih, adi vaxtlarda isə təhəccüd deyilir. Təravih namazı camaatla və ya tək halda on bir rükət səslə qılınan sünnət namazlardandır. Yəni təravih namazının rükətlərinin sayı gecə namazı kimidir. Peyğəmbər özü on bir rükətdən çox qılmasa da, daha çox qılmağı qadağan etməmişdir.
Qılınma qaydası: səkkiz rükətə kimi iki-iki qılınır. Səkkinci rükətdən sonra iki rükət, və bir rükət də vitr olmaqla cəmi üç rükət qılınır və bununla da on bir rükət tamamlanmış olur. Yaxud da səkkinci rükətdən sonra üç rükət bütov şəkildə də qılına bilər. Sadəcə burada fərq, ikinci rükətdə təşəhhüdə oturulmadan üçüncü rükətə qalxmaqdır. Təravih namazının hökmü isə sübh namazının iki rükət sünnəti və vitr namazı kimi təkid olunmuş və bəyənilən nafilə ibadətlərdəndir. 
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki: "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) məsciddə ge­cə­lə­rin birində (Ramazanda) namaz qıldı və camaat da onunla bərabər bu namazı qıldı. Ertəsi gün yenə namaz qıldı və əv­vəlkindən də çox camaat onunla bu namazı qıldılar. Üçüncü (və dördüncü) gün yenə bu hal təkrar oldu və ondan sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) camaatla namaz qılmağa gəlmədi. O gecənin səhəri Peyğəm­bər (salləllahu aleyhi və səlləm) dedi: "Sizin bu namazı qılmaq üçün be­lə çox sayda cəm olduğunuzu gördüm və onun sizə fərz buy­ru­lacağından qorxduğum üçün camaat namazına gəl­mə­dim". (əl-Buxari və Muslim). 
Təravih namazı İşa namazından sonra Sübh namazına qədərki vaxtda qılınır. Təravih namazını evdə ailə ilə və ya tək qılmaq olar. Amma savab baxımından daha yaxşı olardı ki, məsciddə və ya camaatla ibadət olunan digər yerlərdə qılasınız.
Təravih namazının hökmü vacib deyil, deməli qılmasanız günah qazanmırsınız. Sadəcə olaraq böyük bir savabdan məhrum olmuş olursunuz. Xüsusən də rəhmət ayı olan mübarək Ramazan ayında.

Teqlər: 
Paylaş: