Sevgi mahnılarına qulaq asmaq olarmı?

    30.06.2014
Sual: 
Salam.Sevgi mahnilarina qualaq asmaq olar.
Cavab: 

Aleykum salam. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qadınların toy mərasimində öz aralarında dəf ilə çalıb oynamasına icazə vermişdir. Digər hallarda isə bunu qadağan etmişdir. Abdurahman ibn Avf adlı səhabə (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini söyləmişdir: "İki sərsəm və haram səsdən çəkindirildim: Musiqi anındakı səs və müsibət anındakı səs (ölüyə ağlama və ya musiqi üçün yüksək səslə bağırıb-çağırmaq)". (Durru-l-Mənsur, 5/160).   
Uca Allah buyurur: "Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) vədlər ver. Şeytan yalnız yalan vəd verər!" (əl-İsra, 64).
Təfsir alimlərinə görə bu ayədə musiqi nəzərdə tutulur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Ümmətimdən elə insanlar olacaqdır ki, ipəyi, içkini və musiqini halal görəcəklər". (Buxari, 5590). Hədisdən göründüyü kimi, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) gələcəkdə musiqiyə qulaq asmağı halal sayacaq insanların olacağını qabaqcadan bizlərə xəbər vermişdir. Həmçinin oxuyun:
Musiqi xoş təsir bağışladığı halda ona qulaq asmaq niyə haramdır?

Paylaş: