Mən müalicə alıram, belə halda oruc tuta bilərəmmi?

    03.07.2014
Sual: 
salam men oruc tutmaq isteyirem hemde mualice aliram yeni bele halda oruc tuta bilerem men ve saat necede orucu bagliyirlar Allah sizden razi olsun
Cavab: 

Aleykum salam. Ac qalmalı olduğunuz vaxtda dərman atırsınızsa və ya qidalandırıcı iynələr vurdurursunuzsa, bu zaman oruc tutmayın. Qəzasını inşallah, müalicədən sonra tutarsınız. Həmçinin oxuyun: Xəstəlik səbəbi ilə oruc tutmamaq günahdır? 
Oruc tutarkən sahuru (oruc üçün səhər yeməyi) sübh namazının girmə vaxtına qədər yeyib qurtarmaq lazımdır. Orucu açmaq (iftar) isə məğrib namazının vaxtı girdikdə olur. Gündəlik vaxtlara saytımızın ana səhifəsində yerləşən Namaz vaxtları cədvəlində baxa bilərsiniz.

Teqlər: 
Paylaş: