Oruc tutanın iki sevinci

    02.07.2014

Allahın Elçisi – ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Allah buyurur: “Adəm övladının orucdan başqa hər bir əməli özünə aiddir. Oruc isə Mənim üçündür və elə buna görə də Mən oruc tutana ayrıca mükafat verəcəyəm”.
Oruc bir qalxan­dır. Sizdən biriniz oruc tutduğu zaman günah işlər görməsin və dava-dalaş salmasın. Əgər kimsə onu söysə və ya onunla dalaş­maq istəsə, qoy desin: “Mən oruc tutmuşam”. Muhəmmədin canı əlində olan Allaha and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu, Allah qatında müşk qoxusundan daha gözəldir. Oruc tutan adamın iki sevinc anı vardır: orucunu açdığı iftar vaxtında sevinir; bir də Rəbbinə qovuşduğu zaman tutduğu oruca görə sevinəcəkdir”. (əl-Buxari, 1904).

Paylaş: