Zinadan tövbə etmək və yuxu haqqında
Aleykum salam. Allahın tövbə qapıları hər kəsin üzünə açıqdır. Əgər zina edən kişi və ya qadın günahından səmimi qəlbdən peşman olarsa və Uca Allaha tövbə edib Onun yoluna qayıdarsa, Allah onları bağışlayar. Uca Allah buyurur: "Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir". (əl -raf, 153).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Peşmançılıq tövbədir. Günahdan tövbə edən, günah etməyən kimidir". (ət-Tabərani "Mu'cəmul-Kəbir" 10128).
Həmçinin oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?
Yuxu üç növdür: Allahdan olan sevindirici yuxu, insanın fikirlərindən meydana gələn yuxu və şeytandan olan yuxu. Allahdan olan yuxu aydın, insana ruh yüksəkliyi gətirən, müjdə verən yuxudur. Bu cür yuxular gördükdə Allaha həmd etmək və ümid etmək lazımdır. Həmçinin, insan bu yuxunu sevdiyi insanlara danışa bilər. İnsanın fikirlərindən və şeytandan meydana gələn yuxulara isə fikir vermək lazım deyildir. Pis yuxu gördükdə bilmək lazımdır ki, bu şeytandandır. Oyandıqda həmin yuxunun şərindən və şeytanın şərindən Allaha sığınmaq lazımdır. Yuxu yozmağa gəlincə, hər görülən yuxunu yozmağa ehtiyac yoxdur. Hər bir yuxunu gerçəyə yozmaq da doğru deyildir. Həmçinin, bilmək lazımdır ki, yuxunu hər adam yoza bilməz. Daha ətraflı məlumat üçün bu məqaləni oxuyun: Yuxu haqqında