Quran ayələrini sosial şəbəkələrdə paylaşmaq günah sayılırmı?

    07.07.2014
Kimdən: 
Baxış
Sual: 
Süreleri hergün bir ayesini Facebookda paylaşmaq günah sayılır
Cavab: 

Aleykum salam. Əksinə, başqalarını xeyirə çağırmaq və qadağan olunan işlərdən çəkindirmək hər bir müsəlmana vacibdir və ona savab gətirir. Uca Allah buyurur: "Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır". (Ali İmran, 104).
"And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa". (əl-Əsr, 1-3).

Əbu Məsud Uqbə ibn Amr (radıyəllahu anhu) rəvayət belə edir: "Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Xeyirli bir işə rəhbərlik edən (və ya vasitəçi olan) o xeyirli işi görənlər qədər savab qazanar". (Muslim: "İmarə", 133).
"Allah, mənim sözümü eşidib məndən eşitdiyi kimi başqasına təbliğ edən adamın üzünü ağ etsin!" (ət-Tirmizi; İbn Məcəh).

 

Teqlər: 
Paylaş: