Lotareya oynamaq niyə günahdır?

    07.07.2014
Kimdən: 
aysel
Sual: 
men namaz qiliram amma lotoreya oyunlarinda bextimi sinayiram deyilene gore bu gunahdir bilmek isterdim niye? axi bu qumar deyil ki ele bil 1 manat verib corek aliram ya da mesela 15 manata paltar alirsanm ozune bir de var ki 1 manat verin lotoreya aliram ve o uduslu cixirsa men qazaniramsa bnunun neyi pisdi ve gunahdi? cox pul cixirsa bextime o pulla hansisa problemimi hell edirem her halda ya da hansiza komeye ehtiyaci olana komek edirem ele bil bunun neyi gunah ve pisdi?? xahis edirem aciqlayardiz men azerlotereya oyunlarindan danisiram digerlerinden yox
Cavab: 

Aleykum salam. Lotareya oyunları haramdır. Bu oyunlar qumardan sayıldığı üçün onlardan uzaq durmaq lazımdır. Əgər hər hansı bir oyuna az da olsa vəsait qoyulursa və bundan çoxlu uduş əldə edilirsə, bu, qumar hesab olunur. Uca Allah qumarı haram etmişdir: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?" (əl-Maidə, 90-91).
Həmçinin birbaşa haramdan gələn gəlirlə kimisə yardım etmək, sədəqə vermək olmaz. 
 

Teqlər: 
Paylaş: