İnsanı gözüyaşlı qoymaq günahdır?

    24.12.2013
Sual: 
Salam aleykum. Bir insanı arxasınca gözü yashlı qoymaq günahdırmı?
Cavab: 

Aleykum salam. Sözsüz ki, hər bir zülm - istər maddi, yaxud mənəvi olsun - hamısı günahdır. Əgər gözüyaşlı qoyulan valideyndirsə, günahı daha böyükdür. Bunun kəffarəsi isə həmin insanı sevindirməkdir. Rəvayət edilir ki, bir kişi ata-anasını gözüyaşlı qoyaraq cihad etmək üçün Peyğəmbərin (sallallahu aleyhi va səlləm) yanına gəldi. Peyğəmbər (sallallahu aleyhi va səlləm) dedi: "Onların yanına qayıt! Onları necə ağlatmısansa, eləcə də güldür".

Teqlər: 
Paylaş: