Qeyri-müsəlmanlarla iş birliyinə girmək icalədirmi?
Salam aleykum. Qeyri-müsəlmanlarla iş birliyinə girmək, onlarla ticarət etmək olar. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yəhudilərdən satın almışdır və onlarla ticarət etmişdir. Əgər eyni keyfiyyətlə həmin maldan müsəlmanlarda da varsa, bu zaman müsəlmanı qoyub onlarla ticarət etmək olmaz. Çünki bu cür etmək müsəlmanların ticarətini zəiflədir və müsəlmanlar (istehlakçılar, alıcılar) arasında bir adət halını alarsa, satışın zəifləməsinə, aşağı düşməsinə səbəb olur.
İkinici xəlifə Ömərin (Allah ondan razı qalsın) dövründə valilərdən biri xəlifəyə məktub gönədirir. Məktubda deyilir: "Ticarət etmək üçün əcnəbilər ölkəmizə daxil olmaq istəyirlər. Onlar üçün hansı gömrük rüsumunu tətbiq edək?" Xəlifə cavabında belə yazır: "Onlara öz ölkələrində müsəlmanlara tətbiq edilən gömrük rüsumunu tətbiq edin"
Yəni ölkə ərazisində bir bizanslı ticarət etmək istəyirdisə, Bizans ərazisində müsəlmanlara tətbiq edilən gömrük rüsumu onlara da tətbiq edilirdi. Çindən, İrandan gələn tacirlər üçün də eyni qayda tətbiq edilirdi. Bir ölkədə müsəlmanlar gömrük rüsumundan azad idilərsə, onlar da İslam ölkəsində bu rüsumdan azad edilirdilər. Bir əcnəbi ölkədə müsəlman qadın tacirə ticarət etməsi üçün gömrük vergisi qoyulmurdusa, müsəlmanlar da bu ölkənin qadın tacirlərinə vergi tətbiq etmirdilər.