İftar vaxtı girdikdə əvvəl yemək yemək, yoxsa namaz qılmaq lazımdır?
Sual:
As Salamu Aleykum
Iftar vaxtı girdikde birinci yemek yemek (iftar acmaq) yoxsa namazi qilmaq lazimdir?
Cavab:
Aleykum salam. Peyğəmbərimiz (salallahu aleyhi və səlləm) vaxtı girən kimi iftar açmağı bizə buyurmuşdur. İftarı hər hansı yüngül qida ilə açıb namaz qılmaq, daha sonra yeməyə davam etmək olar. Həmçinin yemək çox vaxt aparmayacaqsa, yeməyi qurtarıb sonra namaz qılmaq olar. Çünki Peyğəmbərimizdən ən fəzilətli əməl barəsində soruşduqda, O, bunun vaxtında qılınan namaz olduğunu söyləmişdir.