Namaz qılanda sözləri dilə gətirmək vacibdirmi?

    10.07.2014
Sual: 
As Salamu Aleykum. Namaz qılandA sözleri dile getirmek vAcibdir? Allah Razı Olsun!
Cavab: 
Aleykum salam. Oxumağa qadir olduğu halda namaz qılan hər kəs hərfləri tələffüz edərək dilini tərpətməzsə onun belə namaz qılması icazəli deyil. Dil və dodaqlar yavaşca da olsa tərpənməlidir. Bu səssiz namazlara (zöhr və əsr) aiddir. Səsli namazlarda (sübh, məğrib, işa) isə nə çox yavaş, nə də çox ucadan olmaqla bərkdən oxumaq lazımdır.
Teqlər: 
Paylaş: