Oruclu insan peşman olub tövbə etsə, Allah onu bağışlayarmı?
Sual:
oruc insan ogruluq edib nefsine uyur sonra pesman olub tovbe edir allah onu bagislarmi
Cavab:
Aleykum salam. Səmimi qəlbdən, bir daha o günaha qayıtmamaq və peşman olmaq şərti ilə tövbə edərsə, Uca Allah onu bağışlayar: "Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə (Allahın rizasını qazanmış halda) dönər". (əl-Furqan, 71).
Həmçinin oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?