Tövbəmi pozmuşam. Mən nə edim?
Sual:
Gunah olmayan bir emele tovbe edib, daha sonra o tovbeni pozmusam. Bu gunahdi? Her kes muxtelif cavablar verir: biri deyir her tovbenin keffaresi var,digeri ise sadece hemin tovbenin Allahdan bagislanmasini dilememii meslehet gorur. Men ne edim?
Cavab:
Salam aleykum. Bir əməli günah sayıb tövbə etsəniz, sonra bu əməlin günah olmadığını öyrənsəniz, bunda bir qəbahət yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) namazda belə dua edərdi: "Allahım! Əvvəl etdiyim və sonra edəcəyim, gizli saxladığım və üzə çıxartdığım, xəta etdiyim və Sənin məndən daha yaxşı bildiyin pis əməllərimi bağışla!"