Ödündən əməliyyat olunan insan oruc tuta bilərmi?

    13.07.2014
Kimdən: 
anonim
Sual: 
ödunnən operasiya olunan adam oruc tuta bilermi?
Cavab: 

Aleykum salam. Bunu həkimlə məsləhətləşmək lazımdır, əgər icazə versə tutsun, əgər başqa vaxt tuta bilərsə, başqa vaxtlarda qəzasını tutsun. Əgər heç vaxt oruc tutmağa icazə verilməyəcəksə, hər günün əvəzində bir kasıbı yedizdirsin: "(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!" (əl-Bəqərə, 184).
Həmçinin oxuyun: Xəstəlik səbəbi ilə oruc tutmamaq günahdır?
 

Teqlər: 
Paylaş: