Namazı möhürlə qılmaq düzgündür?
Sual:
Salam men namzimi mohurle qiliram yeni mene nece oyrediblerse elede qiliram,men duzgun qilmirammi demek?Yoxsa ferqi yoxdur?
Cavab:
Və aleykum Salam. Uca Allah buyurur: "... Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir". (əl-Həşr 7). Həmçinin, Rəbbimiz buyurur ki, onun sevgisini qazanmağın yolu Onun rəsuluna tabe olmaqdır: "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran 31). Peyğəmbər (salləllahu aleyhi və səlləm.) namazı möhürlə qılmamışdır. Bu haqda səhih məlumat yoxdur.