Yoldaşım içki içirsə, mənim qıldığım namaz günah olmur ki?
Sual:
esalamu eleykum men namaz qiliram amma yoldawim icki icir menim qildixim namaz gunah omurki???
Cavab:
Aleykum salam. Yoldaşınız içki içirsə, sizin namaz qılmanız günah deyil. Uca Allah buyurur: "Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz". (əl-İsra, 15).
Yoldaşınıza gözəl əxlaqınızla nümunə olaraq və ona gözəl tərzdə nəsihət edərək içməkdən çəkindirməyə çalışın. Həmçinin oxuyun: Cahilləri islama necə dəvət etmək olar?