Kiçik qız uşağının hicab bağlaması və Allahın rizasını necə qazanmaq barədə

    16.07.2014
Sual: 
Salam aleykum.Necesiniz?Men namaz qilanam,dayim qizi bizde qalir.O,men namaz qilanda menimle o da qilir,daha doqrusu o bilmir mene baxir,men de ona oyredirem namaz qilmaqi,amma onun 11 yashi var.Yeni o ortusuz namaz qila bilermi?axi heddi-buluqa chatmayib.Birde men ozum de azyashliyam,oruc tuturam,isteyirem kimese Allah izasi uchun komek edim,amma evden bayira hech chixmiram ki.Men bashqa cur nece Allahin rizasini qazana bilerem?
Cavab: 

Aleykum salam. Əlhəmdulilləh, Allah razı olsun, yaxşıyıq. Kiçik yaşlı qız uşağı örtüksüz namaz qıla bilər. Amma uşaqları bu yaşdan baş örtüyünə alışdırmaq, həvəsləndirmək bəyənilən və gözəl əməllərdəndir.
Sizin elə bu yaxşılıq etmək niyyətiniz özü Allahın rizasını qazanmaq üçün müsbət bir addımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Şübhəsiz ki Allah, yaxşılıqlarla pislikləri yazmış, sonra da bunları açıqlamışdır. Bu səbəblə hər kim, bir yaxşılıq etməyə niyyət edər və onu etməzsə, Allah öz qatından ona bir tam savab yazar. Əgər yaxşılığı etməyə niyyət edər və (niyyətinə əməl) etsə, Allah öz qatından ona ondan yeddi yüz qatına qədər, hətta qat qat savab yazar. Kim bir pislik etməyə niyyət edər və onu etməzsə, Allah öz qatından ona bir savab yazar. Əgər o pisliyi etməyə niyyət edər və (niyyətinə əməl) etsə, Allah ona yalnız bir günah yazar". (Səhih əl-Buxari, 6010; Səhih Muslim, 187).
Allahın razılığını qazanmaq üçün yollar həddindən artıq çoxdur. İxlas (səmimi, sırf Allah rizası üçün) ilə edilən hər bir xeyirxah əməl əslində Allahın rizasına nail olmağa səbəbdir. Ona görə alimlər deyiblər ki, Allahın razı qalıb sevib bəyəndiyi hər bir söz və əməl ibadətdən sayılır. Siz çalışın boş vaxtlarınızda Uca Allahı çoxlu zikr edin, gecə namazları, nafilə namazları qılın, nafilər oruclar tutun, Quran oxuya bilmirsinizsə, Quran oxumağı öyrənin, dini kitablar oxuyun, valideynlərinizə yaxşılıq edin və s. Buna bənzər əməllərlə elə evdə oturaraq Allahın rizasını qazanmaq mümkündür.

Teqlər: 
Paylaş: