Yaxın adamım mənim adıma kredit götürsə mən günah qazanıram?

    16.07.2014
Kimdən: 
ayten
Sual: 
salam menim yaxinim menim adima bankdan pul goturub kredite. pul lazim idi ona gore.men namaz qilanam buna mecbur razilasmisham cunki sora inciklik ola bilerdi ozume qalsa goturmek istemirdim. bu halda men de gunaha batmis oluram?
Cavab: 

Aleykum salam. Kredit götürən adam sizin yaxınınız olsa belə, gərək vasitəçilik etməyəsiniz. Uca Allah buyurur: "​Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!" (əl-Maidə, 2)
“Rəsulullah ribanı (faiz) yeyənə, yedirdənə (burada faiz alan və verən nəzərdə tutulur), (müqaviləni) tərtib edənə, şahidlik edənə lənət etdi və: “Onlar bərabərdirlər”, – dedi”. (Muslim, 4177)

Teqlər: 
Paylaş: